Çempionlar Liqasında 1/8 finala növbəti vəsiqələrin sahibləri məlum olub

Çempionlar Liqasında 1/8 finala növbəti vəsiqələrin sahibləri məlum olub
01:57 23 Noyabr 2016
89 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turuna start verilib.
"Report"un məlumatına görə, ilk gündə 8 qarşılaşma keçirilib.
E qrupunda "Monako” qazandığı qələbə ilə 1/8 finala çıxmasını rəsmiləşdirib. Özü də fransızlar buna qrup lideri kimi nail olub. Bu qrupdan 2-ci vəsiqənin sahibi də bəllidir.
"Bayer” Moskvada xal itirsə də, bu, ona məqsədinə çatmasına mane olmayıb. Çünki "Tottenhem” son turda ona çatarsa belə, şəxsi oyunlarda (0:0 və 0:1) geri qalır.
"Borussiya” – "Legiya” matçında "qol yağışı” olub. Azarkeşlər Dortmundda 12 qol görüblər. Bunadək 1/8 finala çıxan "Borussiya” böyükhesablı qələbə sayəsində 1-ci pillədə yerini möhkəmlədib. "Real Madrid” isə "Sportinq”i səfərdə yenməklə 1/8 finala vəsiqəni rəsmiləşdirib.
ÇL-in debütantı olan "Lester” də adını pley-offçular sırasına yazdırıb.
Günün mərkəzi görüşü "Yuventus”un İspaniyada əzmkar qələbəsi ilə nəticələnib. Düzdür, bunda "Sevilya”nın azlıqda qalmasının böyük təsiri olub. Turin klubu da adını 1/8 finala yazdırıb.
Çempionlar Liqası, qrup mərhələsi, V tur
E qrupu
21:00. MOİK (Rusiya) - "Bayer" (Almaniya) - 1:1
Qollar: Bibras Natxo, 76-pen - Kevin Volland, 16
23:45. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:1
Qollar: Cibril Sidibe, 48, Tomas Lemar, 53 - Harri Keyn, 52-pen
11-ci dəqiqədə Radamel Falkao ("Monako") penaltidən dəqiqə istifadə edə bilməyib.
Xal durumu: "Monako" - 11. "Bayer" - 7. "Tottenhem" - 4. MOİK - 3.
F qrupu
23:45. "Borussiya" (Almaniya) - "Legiya" (Polşa) - 8:4
Qollar: Sindzi Kaqava, 17, 18, Nuri Şahin, 20, Osman Dembele, 29, Marko Roys, 32, 52, 90+3 Feliks Passlak, 82 - Aleksandar Prijoviç, 10, 24, Mixal Kuxarçik, 57, Nemanya Nikoliç, 83
23:45. "Sportinq" (Portuqaliya) - "Real Madrid" (İspaniya) - 1:2
Qollar: Adrien Silva, 80-pen - Rafael Varan, 29, Kərim Benzema, 87
Qırmızı vərəqə: Joao Pereyra, 64 ("Sportinq", birbaşa)
Xal durumu: "Borussiya" - 13. "Real Madrid" - 11. "Sportinq" - 3. "Legiya" - 1.
G qrupu
23:45. "Lester" (İngiltərə) - "Brügge" (Belçika) - 2:1
Qollar: Şinji Okazaki, 6, Riyad Maxrez, 30-pen - Joze İzquyerdo, 52
23:45. "Kopenhagen" (Danimarka) - "Portu" (Portuqaliya) - 0:0
Xal durumu: "Lester" - 13. "Portu" - 8. "Kopenhagen" - 6. "Brügge" - 0.
H qrupu
23:45. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:3
Qollar: Nikolas Parexa, 9 - Klaudio Markizio, 45+1-pen, Leonardo Bonuççi, 87, Mario Mancukiç, 90+3
Qırmızı vərəqə: Franko Vaskez, 36 ("Sevilya", ikinci sarı)
23:45. "Dinamo" (Xorvatiya) - "Lion" (Fransa) - 0:1
Qol: Aleksandr Lyakazet, 72
Xal durumu: "Yuventus" - 11. "Sevilya" - 10. "Lion" - 7. "Dinamo" - 0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-1-8-finala-novbeti-vesiqelerin-sahibleri-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR