Çempionlar Liqasında V tura yekun vurulacaq

Çempionlar Liqasında V tura yekun vurulacaq
07:27 23 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq. 
"Report"un məlumatına görə, oyunlar A, B, C və D qruplarında keçiriləcək.
Artıq A qrupundakı oyunların formal xarakter daşıdığını demək olar. Çünki İngiltərənin "Arsenal" və Fransanın PSJ klubu növbəti mərhələyə vəsiqəni təmin edib. Sadəcə qalan iki turda bu qrupda lider müəyyənləşəcək və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gələcək. 
Bolqarıstanda "Ludoqorets" İsveçrə "Bazel"ini sınağa çəkəcək. Bu görüşün qalibi 3-cü pillədə möhkəmlənəcək. Qrup lideri isə İngiltərədə müəyyənləşəcək. Burada "Arsenal" və PSJ üz-üzə gələcək.
B qrupunda Türkiyənin "Beşiktaş" klubu Portuqaliya "Benfika"sını qəbul edəcək. İstanbul təmsilçisi evdə 3 xal qazanacağı təqdirdə növbəti mərhələ şanslarını artıracaq. Digər oyunda isə İtaliyada "Nappoli" və Ukrayna "Dinamo"su üz-üzə gələcək. 
C qrupunun lideri olan İspaniya "Barselona"sı sonuncu pillədə qərarlaşan Şotlandiyanın "Seltik" klubunun qonağı olacaq. "Barsa" böyük ölçüdə növbəti mərhələni təmin etsə də, bugünkü bir xal belə bunu rəsmiləşdirəcək. 
Digər oyunda isə Almaniyanın Münxenqladbax "Borussiya"sı İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Şəhərlilər" də ən azı bir xal sayəsində növbəti mərhələni rəsmiləşdirmiş olacaq.
D qrupunda da oyunlar yalnız lideri və Avropa Liqasına gedəcək komandanı müəyyənləşdirmək əhəmiyyəti daşıyır. İspaniyanın "Atletiko" və Almaniyanın "Bavariya" klubu liderlik mübarizəsi aparırsa, Rusiyanın "Rostov" və Hollandiyanın PSV klubu üçüncülük üçün yarışır.
A qrupu
23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsvemrə)
23:45. "Arsenal" (İngiltərə) - PSJ (Fransa)
Xal durumu: "Arsenal" - 10. PSJ - 10. "Bazel" - 1. "Ludoqorets" - 1.
B qrupu
21:45. "Beşiktaş" (Türkiyə) - "Benfika" (Portuqaliya)
23:45. "Napoli" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
Xal durumu: "Benfika" - 7. "Napoli" - 7. "Beşiktaş" - 6. "Dinamo" - 1.
C qrupu
23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya)
23:45. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
Xal durumu: "Barselona" - 9. "Mançester Siti" - 7. "Borussiya" - 4. "Seltik" 2.
D qrupu
21:00. "Rostov" (Rusiya) - "Bavariya" (Almaniya)
23:45. "Atletiko" (İspaniya) - PSV (Hollandiya)
Xal durumu: "Atletiko" - 12. "Bavariya" - 9. "Rostov" - 1. PSV - 1.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-v-tura-yekun-vurulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR