23 NOYABR 1948-ci il. Bəstəkar, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli vəfat edib (1885-1948). Ü.Hacıbəyli Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman Şərqində ilk operanın müəllifidir (“Leyli və Məcnun”, 1908). 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası isə Ü.Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. “Ər və arvad” musiqili komediyası, “O olmasın, bu olsun”, “Arşın mal alan” operettaları da görkəmli bəstəkarın sevilən əsərləri arasındadır.
23 NOYABR 1954-cü il. ABŞ-ın avtomobil istehsalçısı “General Motors” şirkəti 50 milyonuncu avtomobilini – qızıl suyuna çəkilmiş ikinəfərlik qapalı “Şevrolet” avtomobilini təqdim edib.
23 NOYABR 1976-cı il. Fransalı dalğıc Jak Mayol (1927-2001) dünyada ilk dəfə olaraq, dalğıc avadanlığından istifadə etmədən dənizin 100 metr dərinliyinədək enib.
23 NOYABR 1992-ci il. ABŞ-ın Las-Veqas şəhərində keçirilən COMDEX sərgisində dünyada ilk smartfon – “IBM Simon” təqdim olunub.
23 NOYABR 2005-ci il. Liberiya Prezidenti seçilən Elen Conson Sörlif Afrika qitəsində ilk qadın dövlət başçısı kimi tarixə düş