Zaur Bakıda Təhminəni niyə aldatdı, əcəba?..

Zaur Bakıda Təhminəni niyə aldatdı, əcəba?..
13:05 23 Noyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan xanımlarının sevimlisi, yarlı-yaraşıqlı, xarizmalı, xüsusi kaprizləri ilə dillərə dastan, "Təhminə"nin Zauru, ölkəmin xalq artisti Fəxrəddin Manafovun türkiyəli həmkarı Meral Konrata, yəni kino dilində desək, Təhminəyə "atması" qəlbimin başını göynətdi. Elə kədərləndim, elə kədərləndim...

Ən çox da tez-tez onun fotolarını paylaşıb, bəh-bəhlə təriflər yağdıran gənc fidanlarımıza üzüldüm. İndi həmin qönçədəhanlar Zaura (F.M.) nifrin yağdırırlar...

Köşə dili yüyrək olar, deməli, adlı-sanlı, şanlı-şöhrətli aktyorumuz türkiyəli həmkarını "Təhminə 2" filminə çəkmək adı ilə çağırıb ölkəyə, sonra da yazığı tutub Zülfiyyə Xanbabayevanın klipinə çəkib, pulsuz-parasız yola salıb. O boyda aktrisa da illər sonra ayılıb ki, vay, dədə, vay, bəs "Təhminə 2" söhbəti yalandır, bunu aldadıb klipə çəkiblər.

Öz aramızdır, adam bilmir Meral xanımın əfəlliyinə üzülsün, yoxsa Fəxrəddin bəyin "diribaşlığına"...

Adama deyərlər, neçə ilin aktrisasısan, adın-sanın, hörmətin-izzətin var, "tem bolee" Azərbaycana da ilk dəfə gəlmirsən, a başına dönüm, niyə tora düşürsən? Sən bilmirdin ki, Zaur mama-papa sözüylə oturub-duran,  papa şotuna lotuluq eliyən ortabab səviyyəli şəhər uşağıdır? Yox da, bilmirdin ki, bunun ipinin üstünə odun yığmaq olmaz? Guya bilmirdin ki, bir dəfə öldürüldüyün filmin ikincisini çəkmək absurddur?

Düzü, Fəxrəddin bəyin o əsilzadə duruşuna, sərt, istehzalı, özündənrazı baxışına bu biabırçılığı yaraşdırmadım. Başa düşürəm, adamın pula ehtiyacı ola bilər, amma müğənni ilə birləşib həmkarına "atmaq" niyə? Bəyəm pul qazanmağın yeganə yolu budur?

Gözəl-göyçək xanımlar sənin dərdindən dəli-divanə olsun, şəkillərin sosial şəbəkələrdə xarizma ikonu sayılsın, sən də durub 3-4 min dollar üçün özünü gözdən salasan, Təhminə kimi qızın qəlbinə dəyəsən. Daha kinoda mamanın sözünə qulaq asıb Spartakın bacısı ilə evləndin, gül kimi qadının ölüb-getməyinə səbəb oldun, səsimizi çıxarmadıq, daha bu qədər də yox də...

Təpəmə güllə sıx,  bu söhbət mənə çatmır.

Nə olur-olsun, Fəxrəddin Manafov kimi aktyor belə işlərlə məşğul olmalı deyil. Ola bilsin, yüksək qonorarlar almır, böyük büdcəli filmlərə çəkilmir, maddi vəziyyəti yaxşı deyil, lap belə deyək, pulsuzluqdan klipə çəkilir... - bütün bunları anlayıram. Başa düşürəm ki, çətindir, yaşamaq üçün pul qazanmaq lazımdır. Lakin yenə də, Meral xanımın qəlbini qırmaq yaxşı hərəkət deyil.

Bu söhbətin axırı necə olacaq, Fəxrəddin müəllim işin içindən necə çıxacaq - bilmirəm. Bildiyim odur ki, Meral xanım hazırda Bakıdadır. 

Söz-söhbətin gündəmə gəldiyi ərəfədə Təhminə Zaurun acığına bu dəfə kameraların qarşısına Spartakla keçib, Zaurdan da səs-soraq yoxdur.

Şəxsən mən gözləyirəm ki, söz-söhbətə Fəxrəddin Manafov tezliklə aydınlıq gətirəcək.

Bu məqamda "Təhminə" filmində Meral Konratın canlandırdığı Təhminə obrazının sözlərini xatırlamaq yerinə düşər: "Bilirsən, Zaur, həyatdır, hər şey ola bilər".

Cəlil Cavanşir
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12

Almaniyanın yeni baş nazirinin adına aydınlıq gəldi

24 Sentyabr 2017 21:09

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

24 Sentyabr 2017 21:07

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq” – FOTOLAR

24 Sentyabr 2017 21:03

Merkel yenidən qalib oldu

24 Sentyabr 2017 20:59

Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək

24 Sentyabr 2017 20:57

"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

24 Sentyabr 2017 20:57

Almaniyada məscidə hücum olundu

24 Sentyabr 2017 20:57

AÇ-2017: Azərbaycan - Polşa 3:0

24 Sentyabr 2017 20:53

Millimizdən inamlı qələbə

24 Sentyabr 2017 20:43

Avro-2017: Millimiz itkisiz irəliləyir

24 Sentyabr 2017 20:39

"Qəbələ"nin futbolçuları arasında gərginlik

24 Sentyabr 2017 20:37

Tərlan Əhmədov: "Elxan Abdullayev bizə hörmətlə yanaşsın"

24 Sentyabr 2017 20:37

Şəkidə meşədə çürümüş kişi meyiti tapıldı

24 Sentyabr 2017 20:28

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

24 Sentyabr 2017 20:27

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

24 Sentyabr 2017 20:24

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

24 Sentyabr 2017 20:17

"İraqda irqçi dövlət qurula bilməz"

24 Sentyabr 2017 20:15

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

24 Sentyabr 2017 20:08

Ucarda “NİVA” yük maşını ilə toqquşdu - 3 yaralı

24 Sentyabr 2017 20:04

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

24 Sentyabr 2017 20:02

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 20:01

Zaqatalada dağlıq ərazidə meşə yanır

24 Sentyabr 2017 19:53

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 19:47

Veteran idmançı evində ölü halda tapıldı

24 Sentyabr 2017 19:46

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatdı

24 Sentyabr 2017 19:38

"Sumqayıt"dan "Qarabağ"a 5 qol

24 Sentyabr 2017 19:37

Bu ölkənin paytaxtı dəyişdirilir

24 Sentyabr 2017 19:33

Tanınmış model o görüntüsünü paylaşdı

24 Sentyabr 2017 19:25

Antalyaya getmək istəyən şəxsi aldatdılar

24 Sentyabr 2017 19:24

İraq ordusu peşmərgə ilə razılaşdı - Hücum planı

24 Sentyabr 2017 19:23

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatıb Böyüt

24 Sentyabr 2017 19:17

Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT

24 Sentyabr 2017 19:14

Meşədə kişi meyiti tapıldı

24 Sentyabr 2017 19:03

İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə ordu yeritdi

24 Sentyabr 2017 18:54

İndoneziyada 34 min nəfər təxliyyə olundu

24 Sentyabr 2017 18:54

İmişlidə qəza: Yaralanan var

24 Sentyabr 2017 18:53

Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

24 Sentyabr 2017 18:49

Prezident: "Gəlirlərimiz azalsa da, sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur"

24 Sentyabr 2017 18:47