Azərbaycan nümayəndə heyəti Əfqanıstan üzrə konfransda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Əfqanıstan üzrə konfransda iştirak edəcək
11:22 25 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Əfqanıstanda iqtisadi inkişaf və əməkdaşlıq məsələlərinin müzakirəsi üzrə sayca 6-cı "Asiyanın ürəyi" konfransı Hindistanda keçiriləcək.
"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, konfrans dekabrın 3-4-də bu ölkənin Amritsar şəhərində baş tutacaq.
Konfransda çağırışlara cavab, rifah əldə olunması məsələləri müzakirə ediləcək. 
Konfransda 40 ölkədən nümayəndə heyəti, o cümlədən Hindistanın baş naziri Narendra Modi və Əfqanıstan prezidenti Əşrəf Qani iştirak edəcək. Pakistanı tədbirdə baş nazirin xarici işlər üzrə müşaviri Sartac Əziz təmsil edəcək. 
Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-numayende-heyeti-efqanistan-uzre-konfransda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR