Dodaqlarda qış əfsanləri - FOTO

Dodaqlarda qış əfsanləri - FOTO
16:18 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu qış bizə gözlənilməz sürprizlər gətirməyib. Mövsümün ən aktual rəng pomadaları arasında əvvəlki kimi zəngin şokolad, tünd qırmızı və sakit pastel çalarları üstünlük təşkil edir. Və əgər birinci variant axşam dəvətləri və ya romantik görüş üçün ideal variant olacaqsa, onda ikincisi əksinə, gündəlik üçün daha əlverişlidir.

Publika.az bu yazıda oxucuları mövsümün trend dodaq boyaları ilə tanış edib.

“Chanel Rouge Allure Velvet”

Image result

“Chanel Rouge Allure Velvet” dramatik qəhvəyi dodaq boyası dodaqları qüsursuz zərif örtüklə təmin edir. Boyanın teksturası tutqundur, lakin o dərini çox gözəl nəmləndirir və dodaqlara güclə sezilə bilən işıq verir.

“Estee Lauder Pure Color Envy”

Image result for estee lauder pure color envy liquid lip potion

“Estee Lauder Pure Color Envy” dodaq boyasını bərabər yayılmasına görə rekordçu saymaq olar. Applikator vasitəsi ilə boya rahatlıqla çəkilir, dodaq konturlarını doldurur və onlara vizual həcm verir.

“Lancôme L’absolu Rouge”

Image result for LANCÔME L’ABSOLU ROUGE Rose Nature

“Lancôme L'Absolu Rouge” dodaq boyası bu mövsüm dizaynını tamamilə dəyişib. İndi qarşımızda daha gözəl qablşadırma və qəhvəyinin 50 çaları var. Bu incə çalar həm romantik, həm də işgüzar görüşlər münasib olacaq.

“Dior addict lipstick sophisticated 927”

Image result for DIOR ADDICT LIPSTICK SOPHISTICATED 927

Brendin payız seriyasından olan şokolad rəngli dodaq boyası krem tekstruya malikdir və qalıcıdır.

“Bobbi brown luxe lip color city”

Related image

Bu dodaq boyası özündə qırmızı rəngin bütün çalarlarını birləşdirib. Burada hətta qırmızının ən təmkinli çalarlarından tutmuş cəlbedici tonlarına qədər istənilən rəngi tapmaq olaq.

“Rouge Shiseido Rouge”

Image result for shiseido rouge rouge 2016

Məhdud sayda buraxılan bu dodaq boyası dodaqları qüsursuz şəkildə örtür və 6 saat ərzində rekord qalıcılıq təminat verir.

“By Terry Rouge-Expert Click Stick Mimetic Beige”

Image result

Unikal dodaq boyası üçü birində: dodaq boyası, karandaş, qidalandırıcı balzam rolunu eyni zamanda yerinə yetirir. Gözəl mixəyi-qəhvəyi çalar dodaqları daha həcmli effekt verir.

Aytən






















Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/177341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR