Dizaynerlərin yeni kəfşi: “Şərfə bürün, ellə sürün” - FOTOLAR

Dizaynerlərin yeni kəfşi: “Şərfə bürün, ellə sürün” - FOTOLAR
18:18 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dekabr hələ gəlməyib, amma şaxtlı hava qapımızı vaxtından əvvəl döyməyə qərar verib. Belə havada bayıra çıxan kimi qulaqlarımız və burnumuz donur, ağızdan isə əsl burax çıxır. Bu hallar nazik geyinən insanlara xüsusi ilə tanışdır. Dəbli görünmək istəyən bəzi qızlar qalın geyinməyi özünə ayıb hesab edir. Halbuki bu il ədyalı xatırladan qalın və yun şərflərə bürünmək olduqca dəbdədir.

Publıika.az-ın dəb bölməsi xəbər verir ki, dizaynerlər “Palaza bürün ellə sürün!” məsəlindəki palazı şərflə əvəz etməyə qərar verib. Odur ki, şərf nə qədər böyük və uzun olsa, bir o qədər dəbli hesab olunur. Burada ən vacib detal şərfin boyuna bir neçə dəfə dolanması və həcmli görünməsidir.

Ən maraqlı variantları “Acne Studios”, “Ports 1961” və “Bless” brendləri təklif edir. Onlar mürəkkəb toxuma konstruksiyaları sayəsində həm papağı, həm də şərfi əvəz edir. Böyük ölçülü yun şərflərə “Balenciaga”, “Missoni”, “Burberry”, “Stella McCartney” kimi bahalı mağazalarda, eləcə də demoktarik və ucuz brendlərin mağazalarında rast gəlmək olar. Biz modapərəst xanımlar üçün bir neçə nümunə seçmişik.

Aytən















































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR