5 ay əvvəl radara düşən sürücü cəriməsini ödəyə bilmir - VİDEO

5 ay əvvəl radara düşən sürücü cəriməsini ödəyə bilmir - VİDEO
21:52 25 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

İyun ayında radara düşən sürücü hələ də cəriməsini ödəyə bilmir. Həmin vaxtdan 5 ay keçməsinə baxmayaraq sürücü hər gün evinin yaxınlığındakı bütün bank və poçt şöbələrinə gedir ki, bəlkə cəriməsini ödəyə bildi. Milli.Az bildirir ki, əlacsız qalan sürücü bu barədə ''XəzərXəbər''-ə özü məlumat verib.

5 ay əvvəl radara düşən sürücü cəriməsini ödəyə bilmir.

Paytaxt sakini Qədir Məmmədov iyun ayında ''99-FF-609'' dövlət nömrə nişanlı avtomobili ilə Yasamal rayonu Nəriman Nərimanov prospektində işıqforun qırmızı işığında keçərək qayda pozub.

Sürücü 5 aydır elektron protakolla bank və poçt şöbələrində cəriməsini ödəyə bilmir. Bununla belə ödənməmiş cəriməsi olduğu üçün avtomobillə yola da çıxa bilmir.

Sürücü Qədir Məmmədov məsələ ilə bağlı hələ yol polisinə məlumat verməyib.

Yol hərəkəti üzrə ekspertlərin sözlərinə görə, qanuna əsasən əgər sürücü hansısa qayda pozuntusuna yol verirsə və ona elektron protakol tərtib edilirsə, həmin dəqiqədən etibarən ödənişin ola biləcəyi bütün sistemlərdə görünməlidir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən bildirdi ki, sürücü yol polisinə müraciət etsin. Ola bilsin ki, həmin elektron protakolun qərarı vurulmayıb. Əgər bu həqiqətdən də belədirsə sürücüyə tərtib edilmiş 60 manat cərimənin heç bir faizi yoxdur. Faiz yalnız qərarı təsdiq edildikdən sonra qüvvəyə minir deyə idarədən bildirdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR