Beyləqanda avtomobil kanala düşüb, sürücü ölüb

Beyləqanda avtomobil kanala düşüb, sürücü ölüb
11:42 26 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 noyabr. REPORT.AZ/ Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 25-də saat 19 radələrində rayonunun Dünyamalılar kəndi ərazisində baş verib. 
Belə ki, rayon sakini  Qurbani Sarıyev idarə etdiyi "VAZ-21154" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarından keçən Qarabağ kanalına aşırıb. 
Nəticədə sürücü Q.Sarıyev hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR