K.Bayramov “Report”a açıqlamasında deyib ki, konsert mətbuat üçün qapalı deyil.
Onun sözlərinə görə, Röyanın əvvəlki konsertində mətbuatın iştirakı ilə bağlı bəzi problemlər yaranıb: “Əvvəlki konsertdə saraya qeydiyyatsız daxil olan jurnalistlər tamaşaçıların yerlərində əyləşmişdilər. Bu da problemlər yaratmışdı. Bunun qarşısını almaq üçün bu dəfə akkreditasiyadan keçməyən jurnalistlər konsertə buraxılmayıblar".
Qeyd edək ki, noyabrın 25-də Heydər Əliyev Sarayında R.Ayxanın 3 günlük konsert proqramı başlayıb. Konsert ayın 27-də yekunlaşacaq. Bir qrup jurnalist müğənninin çıxışını izləmək istəsə də, onlar konsertin keçirildiyi məkana buraxılmayıblar.