Dünyanın ən qəribə məzun bayramı: sərxoşluq, əxlaqsızlıq - FOTO

Dünyanın ən qəribə məzun bayramı: sərxoşluq, əxlaqsızlıq - FOTO
22:57 26 Noyabr 2016
4083 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gecəyüarısı qadın müəllimin evinə soxularaq onunla yatağa girməyə cəhd etmək, ictimai yerlərdə cinsi əlaqəyə girmək və ya həddən ziyadə içib sərxoş olmaq... Bütün bunlar Norveçdə hər il üç həftə davam edən məzun bayramının iştirakçıları qarşısındakı şərtlərdir.

Milli.Az European-a istinadən bildirir ki, Norveçdəki lisey və gimnaziyalarda dərs ili başa çatanda sonuncu siniflərin şagirdləri imtahanlardan əvvəl üç həftə davam edən "Məzun bayramı"na başlayırlar.

"Russefeiring" və ya qısaca "Russ" adlanan bu üçhəftəlik bayram əsnasında yeniyetmələr əyinlərinə "məzun" paltarı geyinməlidir. Onlar üç həftə ərzində içir, ictimai yerlərdə soyunur, qışqırıb şənlənirlər. Küçədə və ya başqa bir məkanda, insanların gözü önündə cinsi əlaqədə olmaqsa yeniyetmələr arasınad "xüsusi kreativlik" sayılır.

Digər şərt isə "Russ" zamanı yarıçılpaq pozada fotoların çəkilərək sosial şəbəkələrdə paylaşılmasıdır.

Yeniyetmə oğlanlar arasında "Russ gecəsi sınağı" populyardır. Axşam saatlarınad bədəninə "Russ" yazan gənc səhər açılanadək mümkün qədər çox qızdan "avtoqraf" alaraq bədəninə yazdırmalıdır.

Qızlar arasında isə "17 Russ sınağı" var. Bu sınaq mayın 1-dən 17-dək 17 gənc oğlanla cinsi əlaqədə olmağı tələb edir.

Müəllim Aled-Dilvi Fişerin dediyinə görə, "Russ" zamanı "içib sərxoş olan, tərbiyəsizlik edən yeniyetmələr aqressiv olmurlar".

Milli.Az
















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR