“Formula-1”-də yeni çempion

“Formula-1”-də yeni çempion
21:13 27 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+

“Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq karyerası ərzində ilk dəfə “Formula-1” çempionu olub.

Publika.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, N. Rosberq “Formula-1”-in son mərhələsində – Əbu-Dabi Qran-prisində “Mersedes” komandasındakı britaniyalı həmkarı Luis Hamiltondan sonra finişə ikinci çatıb.

Ancaq “Formula-1”-in son çempionu olan L. Hamilton bu dəfəki “Formula-1”-in öncəki mərhələlərində N. Rosberqdən 12 xal geridə qaldığı üçün çempion tituluna yiyələnə bilməyib. “Formula-1” mərhələləri üzrə ümumilikdə 385 xal toplayan N. Rosberq ümumilikdə 380 xal toplamış L. Hamiltonu qabaqlayaraq çempion olub. Üçüncü yerdə sahibi “Ferrari” komandasının pilotu Sebastyan Fettel qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR