"Çempionluğumu həyat yoldaşıma həsr edirəm"

"Çempionluğumu həyat yoldaşıma həsr edirəm"
07:52 28 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

"Formula-1" üzrə Əbu-Dabi Qran-prisi 2016-cı il mövsümündə mənim üçün ən çətini oldu. Yarışın əvvəlində əsasən Maks Ferstappen ilə mübarizə apardım. Yarışın sonuna yaxın bu mübarizəyə Sebastian Vettel də qoşuldu. Mənim üçün gərgin bir yürüş oldu.

Trend-in xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu sözləri noyabrın 27-də Əbu-Dabi Qran-prisində ikinci olsa da, dünya çempionatını qələbə ilə başa vuran "Mersedes"in pilotu Niko Rosberq deyib.

Çempionluğunu həyat yoldaşına həsr etdiyini vurğulayan Niko Rosberq ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib. Atasının uğurunu təkrarladığı üçün özünü xoşbəxt hiss edən çempion onunla görüşəcəyi günü səbirsizliklə gözlədiyini deyib. Niko Rosberq qeyd edib ki, atasının fikirləri onun üçün çox önəmlidir.

"Komanda yoldaşım Luis Hamiltonu dünya çempionatında ikinci olması münasibətilə təbrik edirəm. Hər ikimiz üçün gərgin bir mövsüm oldu. Luis çətin rəqibdir. Etiraf etməliyəm ki, onu yarışda ötmək mümkünsüzdür. Bütün komandamızı təbrik edirəm. Biz yenidən qalib gəldik", - deyə Niko Rosberq əlavə edib.

Qeyd edək ki, Niko Rosberq idman ictimaiyyətində "Keke" ləqəbi ilə tanınan Keyo Erik Rosberqin oğludur. "Formula-1" pilotu olan Keke 1982-ci ildə təşkil olunan dünya çempionatının qalibi olub. O, hazırda Niko Rosberqin meneceridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/493630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR