Ukrayna vətəndaşlarını daşıyan avtobus Rusiyada qəzaya uğrayıb, yaralananlar var

Ukrayna vətəndaşlarını daşıyan avtobus Rusiyada qəzaya uğrayıb, yaralananlar var
07:52 28 Noyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ İçində Ukraynanın vətəndaşlarının olduğu avtobus Rusiyanın Pskov vilayətində qəzaya uğrayıb.
"Report" "UNN" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Konsul Xidməti Departamentinin mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, Sankt-Peterburq-Rovno istiqamətində hərəkət edən avtobusun salonunda 12 ukraynalı olub. Qəza zamanı onlardan 5-i müxtəlif dərəcəli xəsarət alıb.
Ağır vəziyyətdə olan yaralılardan biri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qəzanın hansı şəraitdə baş verdiyi açıqlanmır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR