Türkiyədə 62 hərbçi FETÖ ilə əlaqədə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilib
Paylaş
76 baxış·1 dəq oxu
Bakı. 28 noyabr. REPORT.AZ/ İstanbul prokurorluğunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə ittiham olunan 62 hərbçinin ömürlük azadlıqdan məhrum edilməsi haqqında iddiamnaməsi qəbul olunub. “Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, onların 28-i orduda müxtəlif vəzifə tutan zabitdir. Məlumata görə, prokuror onların üç dəfə azadlıqdan ömürlük məhrum olmasını istəyib.