Bakıda 23 yaşlı gəncə 5 bıçaq xəsarəti yetirilib

Bakıda 23 yaşlı gəncə 5 bıçaq xəsarəti yetirilib
17:17 28 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı gəncə 5 bıçaq xəsarəti yetirilib.
"Report"un xəbərinə görə, hadisə Sarayevo küçəsi 1 C ünvanında qeydə alınıb.
Belə ki, Hacıqabul rayon sakini 1993-cü il təvəllüdlü Fazil Məmmədov yaşadığı evin qarşısında xuliqanlıq zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. O, ümumilikdə 5 bıçaq xəsarəti alıb.
F.Məmmədov Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-23-yasli-gence-5-bicaq-xesareti-yetirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR