Kadırov dəhşətli qəzadan yazdı: ''O, sərxoş imiş''

Kadırov dəhşətli qəzadan yazdı: ''O, sərxoş imiş''
18:05 28 Noyabr 2016
144 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistanın "Qafqaz" magistralında baş vermiş ağır yol qəzasında 7 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Çeçen Respublikasının rəhbəri Ramzan Kadırov özünün "Instagram" səhifəsində yazıb. O, bildirib ki, qəzaya səbəb "Ford" avtomobilinin sürücüsünün sərxoşluğu olub. "İlkin məlumata görə, qəzada "Ford" avtomobilinin sürücüsü təqsirkardır. Şahidlərin sözlərinə görə, o, sərxoş imiş".

Kadırov qeyd edib ki, "Ford", "VAZ-21014" və "Priora" avtomobillərinin toqquşması zamanı "Ford"un sürücüsü, 10 və 14 yaşlı iki qız, həmçinin 1 qız və 3 kişi ölüblər. Bundan əlavə, qəzada təqsirkarlardan olan "Priora" avtomobilinin sürücüsünün 11 yaşlı oğlu da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzada ölmüş 5 nəfərin bir ailənin üzvü olduqları bildirilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/493883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR