"Son günlər oxuduğum mahnılar türk şou-biznesinə uyğundur. Dostlarım zəng edib məni lağa qoyurlar: biri Ajda Pekkan, digəri Burcu Güneş deyir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib.

İfaçı bildirib ki, xarici ölkədə şou-biznesə qatılmaq niyyəti yoxdur:

"Özümü kiməsə oxşatmaq fikrim yoxdur. Uşaqlıqdan adını şəkdiyim ifaçıları dinləyirəm. Hansısa ifamda istər-istəməz nəyisə onlara bənzədə bilərəm. Türkiyə şou-biznesnə qatılmağı düşünmürəm. Ən yaxşısı elə öz sənət aləmimizdir".

Özünü aktrisa kimi də sınayan İ.Qasımova romantik filmə çəkilmək istəyini deyib:

"Oksananın (rəqqasə Oksana Rəsulova - red.) yeni filmində çəkiləcəm. Ən böyük arzum sevgidən bəhs edən filmdə rol almaqdır. Amma gərək tərəf-müqabilim ürəyimcə olsun".

Milli.Az