“Ya biz oğurlamalıydıq, ya da kiminsə oğurlamasına şərait yaratmalıydıq” - “Rabitə işi”nin MƏHKƏMƏSİNDƏN

“Ya biz oğurlamalıydıq,  ya da kiminsə oğurlamasına şərait yaratmalıydıq” - “Rabitə işi”nin MƏHKƏMƏSİNDƏN
13:44 30 Noyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edəcək.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən proses təyin edilən vaxtdan 2 saat gec başlayıb.

 

Hakim Əfqan Hacıyev bunu vəkillərin prosesə gəlməməyi ilə əsaslandırıb. O, prosesə gecikən vəkillərə xəbardarlıq edib.

 

Prosesdə bundan sonra Vidadi Zeynalovun vəkilləri "Bakı Telefon Rabitəsi" İB- nin sabiq sədri Beytulla Hüseynova suallar verib.

 

Vəkil Ceyhun Yusifov sualında B.Hüseynovun nazirliyə verdiyi pullarda Vidadi Zeynalovun rolunun nə olduğunu soruşub.

 

Beytulla Hüseynov istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib: "Nazirliyin rəhbərliyi nə deyibsə, onu eləmişəm".

 

Ceyhun Yusifov digər sualında Vidadi Zeynalovun ona konkret olaraq tapşırıq verib-vermədiyini soruşub.

 

Beytulla Hüseynov suala cavab verməyib. O bildirib ki, konkret ad çəkə bilməz.

 

Bundan sonra Beytulla Hüseynovun istintaqa verdiyi ifadə elan edilib.

 

Sabiq rəis istintaqa verdiyi ifadəsində tapşırlıqları birbaşa Əli Abbasovdan aldığını deyib.

 

Bundan sonra prosesdə Beytulla Hüseynov rəisi olmuş birliyin baş mühasibi olmuş Anar Mustafayev məhkəmədə sərbəst ifadə verib: “İstintaqa verdiyi ifadəmdə dediyim rəqəmləri təsdiqləyirəm. Amma bəzi yerlərdə dollar-manat məsələsində səhv ediblər. Xarici şirkətlər gəlib bizə deyirdilər ki, müqaviləni bizlə imzalayın, sizə bonus verəcəyik. Bunlar rəsmi qeydə alınmırdı. Beytulla Hüseynovun əməliyyatlarım üçün 15 min manat verdiyini demişəm. Amma bunu yalandan dedim. Mən adlar çəkə bilmədiyim üçün yalan danışdım. Düzdü, Beytulla müəllimin mənə hər ay 7 min manat verdiyini demişəm, amma onun cəmi 2 min manatı məndə qalırdı, qalanı isə digər işçilərə verilirdi. Vidadi Zeynalova da vəsait vermədiyimi dedim, çünki təxmini rəqəm deməyimi istədilər, mən də iki dəfə paket verdiyimi, amma içində nə qədər pul olduğunu bilmədiyimi dedim. Beytulla müəllim üzləşmədə mənə ayda 2500 manat verdiyini dedi, mən də 2500 yox, 2 min verdiyini deməyə utandım. Çünki 10 il rəhbərim olmuşdu. Biz tikinti sahəsində məcburiyyət qarşısında qalıb monopoliya qurmuşduq. 2005-2015-ci illərdə hər ay əmək haqqımdan əlavə 800-2500 manat pul aldığımı da etiraf edirəm. Əmək haqqımla birlikdə aylıq qazancım 1300-2800 manat arası olub. 2500 işçisi olan bir birliyin mühasibi kimi maaşım belə olmalıdır".

 

Baş mühasib onu da qeyd edib ki, dövlət büdcəsindən ayrılan pullardan heç bir mənimsəmə olmayıb: "Biz bəzi sahələri monopoliya almışdıq. Orda elədir ki, vəsaiti ya biz oğurlamalıydıq,  yada ki kiminsə oğurlamasına şərait yaratmalıydıq. İstintaq hər şeyin mənim planlarımla baş verdiyini deyir. Əgər o qədər fərasətliyəmsə, niyə Beytulla müəlimə, Vidadi müəllimə 10 milyon, özümə 567 min pul məniməsəyirdim. Biz tenderləri elan edib öz adamlarımıza yönəldirdik. Uşaq da bilir ki, hansı sahəyə 100 manat qoyursansa, 30-35 faiz mənfəət qazanırsan. Biz təkilf etdik, Emin Məmmədov, Bayram Vəliyev və Namazəliyevin şirkətləri ilə işləyək. Onlar heç bir mənfəət qazanmadılar. Onlara "paket" verirdik. Biz birbaşa onların haqqlarına girirdik. Təbii ki, özlərin razılığı ilə".

 

Prosesdə fasilə elan olunub.

 

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

 

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

 

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Roma”nı udacağımızı deyə bilmərik" - MÜSAHİBƏ

23 Sentyabr 2017 13:27

Bill Geytsdən Ctrl+Alt+Delete etirafı

23 Sentyabr 2017 13:23

Uşaqların ən gülməli anları

23 Sentyabr 2017 13:23

ÇİN: Zavodda partlayış

23 Sentyabr 2017 13:18

DİQQƏT: İstirahət günü hava yağışlı olacaq

23 Sentyabr 2017 13:10

"CBC Sport"un rəhbəri evlənir: toy harda olacaq? - FOTO

23 Sentyabr 2017 13:07

Müğənni 61 yaşlı məşhur aparıcıdan hamilə qaldı, 5 min dollar alıb BUNU ETDİ

23 Sentyabr 2017 13:03

İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir

23 Sentyabr 2017 13:02

Hərbi təlimlərlə bağlı son məlumat

23 Sentyabr 2017 12:59

Elmar Məmmədyarov Bruno Leingkone ilə görüşdü

23 Sentyabr 2017 12:58

“Cənubtikintiservis”in səhmləri bu il 14% bahalaşıb

23 Sentyabr 2017 12:57

Qalın gödəkçələri evdə təmizləməyin 7 QIZIL QAYDASI

23 Sentyabr 2017 12:53

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Bakıya səfəri başlayır

23 Sentyabr 2017 12:52

Qadınları satan Vəfa kimdir?

23 Sentyabr 2017 12:52

Bakıda qoyun oğruları tutuldu

23 Sentyabr 2017 12:49

Aygünün qızı anasının konsertinə bu geyimdə GƏLDİ - FOTOLAR

23 Sentyabr 2017 12:48

Nazarov 90 dəqiqə oynadı

23 Sentyabr 2017 12:47

Millimizin heyəti açıqlandı

23 Sentyabr 2017 12:47

Azərbaycanlı futbolçu Almaniyada het-trik etdi

23 Sentyabr 2017 12:47

Çindən gözlənilməz addım

23 Sentyabr 2017 12:45

“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq

23 Sentyabr 2017 12:44

Lütfi Zadənin dəfninin təşkili Hacıbala Abutalıbova tapşırılıb

23 Sentyabr 2017 12:39

Şəhərin mərkəzində BİABIRÇILIQ: hamının gözləri qarşısında CİNSİ ƏLAQƏYƏ GİRDİLƏR - FOTO (18+)

23 Sentyabr 2017 12:38

Robot stomatoloq ilk əməliyyatını edib

23 Sentyabr 2017 12:35

2020-ci ildə Yer kürəsi sakininin hər birinə 4 internetə qoşulan qurğu düşəcək

23 Sentyabr 2017 12:35

“SOCAR Methanol” builki istehsal planının 80%-ni yerinə yetirib

23 Sentyabr 2017 12:32

ABŞ prezidentinin oğlu "Di Si Yunayted" klubunun uşaq komandasında futbol oynayır

23 Sentyabr 2017 12:32

Doğuş çatlarını azaldan təbii üsullar

23 Sentyabr 2017 12:30

Azərbaycan və Türkiyə döyüş təyyarələrinin TƏLİM GÖRÜNTÜLƏRİ - VİDEO

23 Sentyabr 2017 12:28

Sabah hava NECƏ OLACAQ?

23 Sentyabr 2017 12:23

İtkin düşən 13 yaşlı oğlanın axtarışları davam edir

23 Sentyabr 2017 12:19

ABŞ-ın bir addımlığındakı Rusiyanın MƏXFİ ÖLÜM BAZASI: kabus şəhər HAQDA BİLMƏDİKLƏRİNİZ - FOTO

23 Sentyabr 2017 12:18

Yeni Zelandiya parlamentinin üzvlüyünə azərbaycanlı namizəd: "Azərbaycanla əlaqələrin inkişafı üçün çalışacağam"

23 Sentyabr 2017 12:17

"Azərbaycan işğalla heç vaxt barışmayacaq" - Məmmədyarov

23 Sentyabr 2017 12:14

Vergilər “nazir”inə qarşı SUİ-QƏSD EDİLDİ

23 Sentyabr 2017 12:13

Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər?

23 Sentyabr 2017 12:09

"Baladadaşın toy hamamı" başlayır

23 Sentyabr 2017 12:09

Şimşək çaxacaq, yağış yağacaq - SABAH

23 Sentyabr 2017 12:04

Müdafiə Nazirliyi “TurAz Qartalı - 2017” birgə taktiki təlimlərinin görüntülərini yayıb

23 Sentyabr 2017 12:02

“Ziraat Bank (Azerbaijan)”ın Müşahidə Şurasının tərkibi tam yenilənib

23 Sentyabr 2017 12:02

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

23 Sentyabr 2017 12:02

"MOYKA"da rəzalət - işçini oturacağa bağlayıb...

23 Sentyabr 2017 12:02

Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

23 Sentyabr 2017 11:58

Yevlaxda 33 yaşlı kişi yaralı vəziyyətdə su kanalından tapılıb

23 Sentyabr 2017 11:57

“TurAz Qartalı - 2017” təlimi davam edir - VİDEO

23 Sentyabr 2017 11:54

6 illik ərini cavan oğlana dəyişən TUBA BÜYÜKÜSTÜN haqqında YENİ İDDİA – FOTO

23 Sentyabr 2017 11:53

VİDEO: Dayə 9 aylıq uşağa işgəncə verdi

23 Sentyabr 2017 11:52

Azərbaycan nefti yenidən

23 Sentyabr 2017 11:49

Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdü

23 Sentyabr 2017 11:48

Türkiyə qırıcıları PKK düşərgələrini vurdu

23 Sentyabr 2017 11:45