Azərbaycanlı deputat Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik edəcək
Paylaş
100 baxış·1 dəq oxu
Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA-nın müşahidə missiyasına başçılıq edəcək. "Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, müşahidə missiyasının tərkibinə ATƏT-in 12 ölkəsindən 25 deputat daxildir. Qeyd edək ki, Makedoniyada parlament seçkiləri bu il dekabrın 11-də keçiriləcək.