Məhkəmənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaşlar X.Məmmədovanın və N.Əliyevanın məhkəmə aktlarından verdikləri şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 21-nə təyin edilmiş iclasında baxılacaq.