Bakıda gimnastika yarışlarına start verildi

Bakıda gimnastika yarışlarına start verildi
13:37 1 Dekabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Gimnastika Arenasında (MGA) bədii gimnastika üzrə 23-cü Azərbaycan çempionatı və Bakı birinciliyi, həmçinin aerobika gimnastikası üzrə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışların ilk günü bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış idmançılar öz çıxışlarını nümayiş etdirəcəklər.

Daha sonra balacalar yaş kateqoriyasında (2006-2008) yer almış 8 qrup hərəkətləri komandasının alətsiz və topla əsrarəngiz çıxışlarının şahidi olacağıq.

Yarışların ikinci günü bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edəcəklər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "Gömrükçü", "Sərhədçi", "Spartak" klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edəcəklər.

Yarışlar haqqında ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR