İdman cameəsi AYAĞA QALXDI: “Sanki qarşılarına “Qəbələ”ni çökdürmə məqsədi qoyublar”

İdman cameəsi AYAĞA QALXDI: “Sanki qarşılarına “Qəbələ”ni çökdürmə məqsədi qoyublar”
16:23 1 Dekabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Topaz Premyer Liqasının XIII turu qalmaqalla başa çatdı. Qəbələnin eyni adlı komandası Ağdamın “Qarabağ” klubuna 2:1 hesabı ilə uduzaraq mövsümdə ilk dəfə liderliyi əldən verdi. Lakin “Qəbələ” rəhbərliyi oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini açıqladı.

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Qol.az saytına müsahibəsində kluba qarşı sistemli iş getdiyini bəyan etdi. Bir çox ekspertlər və keçmiş hakimlər də oyunla bağlı şərhlərində hakimin bərbad idarəçiliyinə, qərəzli yanaşmaya diqqət çəkdilər.

Publika.az bu qalmaqallı oyunla bağlı idmanla bağlı şəxslərin fikirlərini öyrəndi.

“Daha ədalətli hakim təyin etmək olardı”

Картинки по запросу adil əliyev

Milli Məclisin deputatı Adil Əliyev bildirdi ki, oyuna daha ədalətli hakimi təyin etməklə bu cür narazılıqların qarşısını almaq olardı. “Qəbələ” klubunun qapısına təyin olunan on bir metrlik cərimə zərbəsinə gəlincə, millət vəkili hesab edir ki, cərimə zərbəsini verməmək mümkün idi. O bildirib ki, bütün dünyada olan futbol qaydalarına görə, əgər top bədənin başqa hissəsinə dəyərək daha sonra ələ dəyirsə, on bir metrlik zərbəni verməmək olar.

Adil Əliyev qeyd edib ki, daha bir mübahisəli məqam matça 4 dəqiqə əlavə vaxt təyin olunduğu halda komandaların 100 dəqiqə oynamasıdır. O, bunun da böyük bir haqsızlıq olduğunu deyib.

Millət vəkili qeyd edib ki, oyunun baş hakimi Rəhim Həsənovun keçmişi ilə bağlı da bəzi fikirlər səslənir: “Azərbaycanda hakimliyin vəziyyəti də yüksək deyil. Bir neçə beynəlxalq dərəcəli hakimin adını çəkmək olar ki, Azərbaycanı layiqincə təmsil edirlər. Qalanlarından isə digərləri kimi mən də narazıyam. Oyuna daha ədalətli hakimi təyin etməklə bu cür narazılıqların qarşısını almaq olardı. “Qarabağ”ın bəzi futbolçuları özləri də dedi ki, orada penalti yox idi. Amma istənilən halda hakimin qərarı müzakirə olunmur”.

“Günahkar baş hakim Rəhim Həsənovdur”

Картинки по запросу aydın bağırov

Qol.az” saytının baş redaktoru Aydın Bağırov bildirdi ki, sözügedən oyun “Qəbələ” və “Qarabağ” klublarının təsadüfən Avropa Liqasında oynamadığını göstərdi. Amma o, təəssüfünü ifadə edib ki, hakimin gözlənilməz qərarları gözəl oyunu kölgədə qoydu: “Bu cür yaxşı oyun təəssüf ki, intriqalarla və qalmaqallarla yadda qaldı. Bu klublar həm futbolçular, həm də rəhbərlik səviyyəsində dost olan komandalardır. Amma iş o səviyyəyə gəlib çatdı ki, dost komandalar arasında bu cür xoşagəlməz olaylar yaşandı”.

Müsahibimiz oyunda daha çox mübahisə doğuran məqamlarla – penalti epizodu və oyunda final fitinin gec başa çatması ilə bağlı fikirlərini belə ifadə etdi: “Penalti epizodu ilə bağlı mütəxəssislərlə də danışmışam. Fikirlər haçalanır. Amma ümumən FİFA referisi olan hakimlərin, həmçinin mənim fikrimə görə, orada penalti yox idi. Vaxtın uzadılması epizoduna gəlincə, hesab edirəm ki, Reynaldonun qırmızı vərəqə almasından sonra oyun dayanmalı idi. Heç-heçə nəticəsi də hər iki komandanı qane edirdi. Bu baxımdan burada yeganə günahkar kimi baş hakim Rəhim Həsənov və onun köməkçi hakimlərdir”.

“Sanki məqsəd klubu “Xəzər Lənkəran”, “Bakı” və digər klubların səviyyəsinə endirməkdir”

Картинки по запросу Tahir Süleymanov

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov hesab edir ki, hakim səhvləri yalnız “Qarabağ”-“Qəbələ” oyunu ilə bağlı deyil. Onun fikrincə, hakim səhvlərinin məhz sözügedən oyunda daha qabarıq görünməsinin səbəbi ölkədə iki öndə gedən klubun üz-üzə gəlməsi ilə bağlı idi: “Bilirsiniz ki, 2013-cü ildə AFFA İcraiyyə Komitəsinin şuralaşma ilə bağlı iclası keçirildi. AFFA İcraiyyə Komitəsi bütün beynəlxalq futbol qanunlarını pozaraq, klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul etdi. Bu iki klub qərara qarşı çıxdı və doğru olduqlarını da son illərdə Avropa Liqasının qrup mərhələsinə çıxmaqla göstərdilər. Arxada qalan 13 turda hakim səhvləri olmayıbmı? Olub. Amma digər klublar demək olar ki, müstəqilliyini 100 faiz itiriblər. Çempionluğa oynayan “Qəbələ” klubunun son turda qarşılaşdığı haqsızlıqlara dözməməsinə təbii baxıram. Çünki, klub son illər futbola böyük sərmayə qoyub və yüksək infrastruktur qurulub. Son iki ildə Avropa Liqasında çıxış etməklə Azərbaycan futboluna böyük fayda veriblər. “Qələbə”nin etirazlarını tam obyektiv və doğru sayıram. Sanki qarşılarına “Qəbələ” klubunu çökdürmə məqsədi qoyublar. Sanki məqsəd klubu “Xəzər Lənkəran”, “Bakı” və digər klubların səviyyəsinə endirmək, yaxud da şuralaşma sistemini bu klubda da tətbiq etməkdir”.

“Onları küsdürmək olmaz”

Azərbaycan hakimlik məktəbinin hər zaman güclü olduğunu deyən Tahir Süleymanov hesab edir ki, sadəcə olaraq hakimləri meydanda rahat buraxmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan futbolunda futbola baxış dəyişənə kimi bu cür hadisələr də davam edəcək. Çox az sayda sponsorun futbola sərmayə qoyduğunu bildirən Tahir Süleymanov hesab edir ki, onları küsdürmək olmaz. “Qəbələ” klubunun bu cür hadisələrə həmişə loyal yanaşdığını deyən müsahibimiz hesab edir ki, bunun nəticəsində də onlara qarşı bu cür haqsızlıqlar olur.

“Qəbələ” klubunun qapısına təyin olunan penalti zərbəsinə gəlincə, Tahir Süleymanov bildirib ki, Azərbaycan idman mediası son günlər böyük fədakarlıq edərək Azərbaycandakı futbol üzrə mütəxəssislər, o cümlədən Avropa ölkələrinin, həmçinin Türkiyə, Rusiya və Almaniyanın futbol mütəxəssislərinin həmin epizodla bağlı fikirlərini öyrəniblər: “Bütün fikirlər belədir ki, orada penalti epizodundan söhbət gedə bilməz. Çünki top yaxın məsafədən “Qəbələ” klubunun futbolçusunun üzünə dəyərək daha sonra əlinə toxunur. Oyun davam etdirilməli idi və çox təəssüf ki, bu epizod oyunun sonunda baş verdi. Bundan başqa, matç “Qarabağ”ın ikinci qoluna kimi davam etməməli idi. Bu, bir daha şübhələrin yaranmasına səbəb oldu. Qoldan sonra itirilən vaxt bərpa olunmalı və oyun yenidən başlanmalı idi”.

“Bu, “Qəbələ”yə qarşı atılan ilk belə addım deyil”

“Futbolxeber.az” saytının baş redaktoru İbrahim Cəfərov deyib ki, “Qarabağ” və “Qəbələ”nin oyununu hər kəs səbirsizliklə gözləyirdi. Son 2 ildə Avroliqanın qrup mərhələsində oynayan komandaların bu mövsüm ölkə çempionatında favorit olduğunu deyən baş redaktor qeyd edib ki, çempionluğun taleyini böyük ölçüdə bu komandaların öz aralarındakı oyunlar həll edəcək.

O, penalti epizoduna qədər meydanda çox maraqlı və gərgin mübarizə getdiyini bildirib: “Amma sona yaxın baş hakim Rəhim Həsənovun qərarı hər şeyi korladı. Şübhəsiz, penalti haqsız olaraq təyin olundu. Çünki top əvvəlcə “Qəbələ”nin müdafiəçisi Vernidubun sifətinə dəyir, sonra əlini tapır. Həm də “Qarabağ”ın hücumçusu Ndlovu ilə Vernidub arasında məsafə çox qısa idi. FIFA-nın yeni qaydaları da bu cür epizodlarda müdafiə olunanın tərəfindədir. Amma hər şey bununla da bitmədi. Kobud səhvdən sonra hakim daha bir yanlışlığa yol verdi. Onun ikinci hissəni əlavə 8 dəqiqə oynatması da düzgün deyildi. “Qarabağ”ın futbolçusu qırmızı vərəqə aldıqdan sonra oyunun sonuna 30 saniyə qalırdı. Amma bu komanda qələbə qolunu vuranda artıq həmin epizoddan 1 dəqiqə 30 saniyə keçmişdi. Yaxşı olardı ki, hakim elə qırmızı vərəqədən sonra oyunu bitirsin. Əsas problem odur ki, bu, “Qəbələ”yə qarşı atılan ilk belə addım deyil. Ötən mövsüm də buna bənzər hal olmuşdu. O zaman səhv edən hakim Əliyar Ağayev “Qəbələ”dən üzr istədi. Hakimlər komitəsi tərəfindən də cəzalandı. Amma bununla heç nə dəyişmir. İtirən yenə klub olur. Bu gün “Qəbələ” Azərbaycan futbolunun inkişafı üçün çox işlər görür. Bunun qarşılığında hakimlərin münasibəti üzücüdür. “Qarabağ” da güclü komandadır və əminəm ki, onlar da vəziyyətin bu həddə çatmasını, məhz bu cür qələbə qazanmağı istəməzdilər”.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

23 Sentyabr 2017 08:02

Tütünün zərərlərini yox edən effektiv üsullar

23 Sentyabr 2017 07:53

“Müsəlman qardaşlar”ın sabiq başçısı vəfat etdi

23 Sentyabr 2017 07:24

Seksual tələbat olmayan dünya necə olardı?

23 Sentyabr 2017 07:13

Kolumbiyada 200 milyon dollarlıq kokain partiyası müsadirə olunub

23 Sentyabr 2017 07:02

DİN-ə yeni səlahiyyət verildi

23 Sentyabr 2017 06:54

Donald Tramp: "KXDR lideri ilə işi çoxdan bitirmək lazım idi"

23 Sentyabr 2017 06:52

İran ballistik raket buraxdı

23 Sentyabr 2017 06:38

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

23 Sentyabr 2017 06:27

Məşhur aktyor iki nəfərin ölümündə günahlandırılır

23 Sentyabr 2017 06:24

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13