Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK SƏBƏBİ üzə çıxıb

Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK SƏBƏBİ üzə çıxıb
14:34 2 Dekabr 2016
140 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu həftənin əvvəlində Kolumbiyanın Medellin şəhəri yaxınlarında dağ yamacına çırpılaraq qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təyyarənin yanacağı bitdiyi üçün qəzaya düşdüyü təsdiqlənib.

 

Braziliya qəzeti 54 yaşlı kapitan pilot Miqueli “Micky” Quiroganın Bogotada yanacaq doldura biləcəyini, ancaq birbaşa Medellinə getməyi tərcih etdiyini yazıb.

 

Britaniya istehsalı olan BAE 146 Avro RJ85 saylı təyyarə LaMianın tək işləyən təyyarəsi idi. Cəmi üç təyyarəsi olan şirkətin digər iki təyyarəsinin isə təmirdə olduğu deyilir.

 

Hadisədən sonra LaMia Hava Yollarının lisenziyası da ləğv edilib. 

 

Qeyd edək ki, qəzada Braziliyanın "Chapesoence" konadasının demək olar ki, bütün üzvləri həlak olmuşdu. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR