Güclü külək Astaranın bəzi kəndlərini işıqsız qoyub

Güclü külək Astaranın bəzi kəndlərini işıqsız qoyub
09:52 3 Dekabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 dekabr. REPORT.AZ/ Ötən axşam güclü külək Astara rayonunda fəsadlar yaradıb.
"Report"un Cənub börosunun verdiyi xəbərə görə, külək əsasən, elektrik təsərrüfatına ziyan vurub. Demək olar ki, 95 faiz abonent gecəni qaranlıqda keçirib. Qəzalar demək olar ki, rayonun bütün istiqamətlərində qeydə alınıb. 
Hazırda rayonda bərpa işlərinə başlanılıb. 
Astara Rayon İcra Hakimiyyətindən "Report"a elektrik təsərrüfatlarına dəyən ziyanla bağlı məlumatı təsdiqləyiblər və bildirilib ki, hazırda Siyəkü, Hamuşam-Əsxənəkəran xətlərində təmir-bərpa işləri aparılır. 
Sakinlər hündür gövdəli ağacların aşdığını, kəndlərdə dam örtüklərinə ziyan dəyməsi barədə bildirsələr də, hələlik rayonun Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına icra nümayəndəlikləri tərəfindən heç bir məlumatın daxil olmayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/guclu-kulek-astaranin-bezi-kendlerini-isiqsiz-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR