Bu həftə "Zövq savaşı" verilişində rahat geyim tərzi nümayiş olunacaq.
Axşam.az-ın məlumatına görə, proqramda qalan 4 iştirakçı bir-birindən maraqlı geyimlərini münsiflərə təqdim edəcək.
“Zövq savaşı”nın sözügedən buraxılışında finala qalacaq 3 iştirakçının adı açıqlanacaq. Bu dəfə verilişdə müğənni Zamiq Hüseynov qonaq olacaq.
"Zövq savaşı" verilişi hər həftənin şənbə günü saat 22:00 "Lider TV"də yayımlanır.