Ö.Bayar Azərbaycanla yanaşı Bruney, Gürcüstan, Qırğız Respublikası, Pakistan və Türkiyə üzrə də direktordur.
Qeyd edək ki, bundan öncə həmin vəzifəni Türkiyə rəsmisi Hakan Tokaç tutub.
AIIB-in iki alternativ direktoru var ki, onlardan biri pakistanlı Ömər Həmid Xan (Amar Hamid Khan), digəri isə azərbaycanlı Könül Əliyevadır.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.