Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gündən etibarən Türkiyədən Həcc və Ümrə ziyarətlərinə gedənlər ödənişi Türki lirəsi ilə edəcəklər.
“Report” DHA-ya istinadən xəbər verir ki, Türkiyə Dəyanət İşləri İdarəsi bununla bağlı qərar qəbul edib.
İdarədən bildirilib ki, Həcc və Ümrə ziyarələtinin Türk lirəsi ilə ödənilməsi yönündə işlər tamamlanıb: "Ona görə də Türkiyə Dəyanət İşləri İdarəsi 2016-cı il dekabrın 5-dən etibarən Həcc və Ümrə ziyarətlərinin ödənişinin Türk lirəsi ilə həyata keçirilməsi haqda qərar qəbul edib”.
Qeyd edək ki, indiyə qədər Türkiyədən Həcc və Ümrə ziyarətlərinə yollananlar gedib-gəliş və orada qalma pulunu ABŞ dolları ilə ödəyirdilər.