"Report" xəbər verir ki, görüşdə nazirlər əməliyyatların həyata keçirilməsini və Əfqanıstana yardım göstərilməsini müzakirə edəcəklər.
İclasda NATO üzvü olan ölkələrin nazirlərindən başqa, Alyansın Əfqanıstandakı fəaliyyətini dəstəkləyən ölkələr, o cümlədən Azərbaycan iştirak edir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məhz bu iclasda iştirak etmək üçün Brüsseldədir və onun iclasda çıxış edəcəyi gözlənilir.