UEFA Çempionlar Liqasının 2016/17 mövsümünün qrup mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komandadan 16-sı növbəti mərhələyə yüksəlib.

4 komandadan təşkil olunan hər qrupda ilk 2 yerin sahibi mübarizəni davam etdirəcək. Üçüncülər isə yarışa UEFA Avropa Liqasında davam edəcəklər.

1/8 finala yüksələnlər

Qrup qalibləri: “Arsenal”, “Napoli”, “Barselona”, “Atletiko”, “Monako”, “Borussiya” D, “Lester”, “Yuventus”.

Qrupda ikinci olanlar: PSJ, “Benfika”, “Mançester Siti”, “Bavariya”, “Bayer”, “Real”, “Porto”, “Sevilya”.

Mübarizəni Avropa Liqasında davam etdirəcək komandalar: “Beşiktaş”, “Ludoqorets”, “Borussiya” M, “Rostov”, “Tottenhem”, “Legiya”, “Kopenhagen”, “Lion”.

Avrokuboklarla vidalaşanlar: “Bazel”, “Dinamo Kiyev”, “Seltik”, PSV, MOİK, “Sportinq”, “Brügge”, “Dinamo Zaqreb”.