"Forbes" dərgisi ən çox qazanan idmançılarının siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahıya Amerika Basketbol Liqasında (NBA) çıxış edən "Çikaqo Bulls"un əfsanəsi Maykl Cordan başçılıq edir.


Məşhur basketbolçu indiyədək 1.7 milyard dollar gəlir əldə edərək bütün zamanların ən çox qazanan idmançısı olub. 6 dəfə çempion olduğu NBA-dakı 15 illik karyerası ərzində 93 milyon dollar qazanan əfsanə qalan gəlirlərini sponsorlardan əldə edib.


"Forbes"in siyahısını təqdim edirik:


1. Maykl Cordan (ABŞ, basketbol) - 1.7 milyard dollar

2. Tiger Vuds (ABŞ, qolf) - 1.65 milyard dollar

3. Arnold Palmer (ABŞ, qolf) - 1.35 milyard dollar

4. Jak Niklaus (ABŞ, qolf) - 1.15 milyard dollar

5. Mixail Şumaxer (Almaniya, Formula 1) - 1 milyard dollar

6. Kobe Bryant (ABŞ, basketbol) - 770 milyon dollar

7. Floyd Meyuezer (ABŞ, boks) - 765 milyon dollar

8. Pil Mikelson (ABŞ, qolf) - 760 milyon dollar

9. Devid Bekhem (İngiltərə, futbol) - 730 milyon dollar

10. Şaquille O`Neal (ABŞ, basketbol) - 700 milyon dollar

11. Mayk Tayson (ABŞ, boks) - 685 milyon dollar

12. Qreq Norman (Avstraliya, qolf) - 680 milyon dollar

13. LeBron Ceyms (ABŞ, basketbol) - 640 milyon dollar

14. Kriştiano Ronaldo (Portuqaliya, futbol) - 620 milyon

15. Rocer Federer (İsveçrə, tennis) - 600 milyon dollar

16. Aleks Rodriges (ABŞ, beyzbol) - 600 milyon dollar

17. Lionel Messi (Argentina, futbol) - 520 milyon dollar

18. Ceff Qordon (ABD, avto-idman) - 515 milyon dollar

19. Oskar De La Hoya (ABŞ, boks) - 510 milyon dollar

20. Manni Pakquyao (Filippin, boks) - 490 milyon dollar


Fanat.Az