Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgi dekabrın 8-də Qazaxıstan Müstəqillik Günü münasibətilə keçiriləcək rəsmi qəbul çərçivəsində, eləcə də dekabrın 9-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş tutacaq.
Tamaşaçılara Qazaxıstan haqqında 40 ən parlaq və effektli fotoşəkillər təqdim olunacaq.
Ümumilikdə layihədə Qazaxıstanın bəzən insan ayağı da dəyməyən, az tanınan guşələrindən 3 mindən çox unikal kadr yer alıb.