“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibliyi məlumat yayıb.
İnformasiyaya görə, icra hakimiyyətinin Şəhərsalma İdarəsinin ərazi bölməsinin rəisi rüşəvt almaqda ittiham olunur.
O, 2016-cı ilin oktyabr-noyabr aylarında evlərin tikintisinin başa çatması ilə bağlı aktı təqdim etmək üçün tikinti şirkətlərindən iri məbləğdə pul alıb və vasitəçilərə verilməsini təmin edib.
Bölmə rəisi barəsində Cinayət Məcəlləsinin vəzifəli şəxsin iri məbləğdə rüşvət alması maddəsi ilə cinayət işi başlanıb.