2016-ci il dekabrın 11-də saat 11.00-da Shani Boutique Restaurant&Club-da "ElTur production"-nun tədqim etdiyi Beauty Queen of Azerbaijan (Azərbaycanın Gözəllik Kraliçası) layihəsinin növbəti və sonuncu kastinq seçimləri olacaqdır. Yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Mili Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Afaq İsmayılzadə, əməkdar artist - Tünzalə Ağayeva, stilist-Nəsir Babayev, Fuad Haciyev, aktyor-aparıcı Şəhriyar Əbilov , rəqqasə- aktrisa- Oksana Rəsulova iştirak edəcəkdir. Qatılmış xanımlar arasından cəmi 24 xanım seçiləcək. Seçilmiş 24 xanımdan 12-si yarı final mərhələsində iştirak edəcəkdir.

Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarı final / final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir. Gözəllik kraliçası yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcəkdir. Bununla yanaşı Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.

Layihənin rəhbəri- Azərbaycanın Türkiyədəki aktyoru Elmir İsmayılov, direktor - Türkan Novruzova, prodüser - Orxan Salman.

Əlaqə nomrəsi: +99470-938-08-18 Orxan Salman

Ünvan: Shani Boutique Restaurant& Club. Bakı şəh, 6-cı paralel Naxçıvani 1. Statistikanın qarşısı.

Facebook : beautyqueenaz

Instaqram: beautyqueenaz

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Videonu izləmək üçün şəklə klikləyin:

Beauty Queen of Azerbaijan sonuncu kastinq seçimləri olacaq - VIDEOBeauty Queen of Azerbaijan sonuncu kastinq seçimləri olacaqdır