ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında post-sovet məkanındakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında çıxışlar olub. Lakin gözlənilən 3+2 formatında danışıqlar baş tutmayıb. Suriyada proseslər Dəməşq və onun müttəfiqlərinin istədiyi kimi gedir. ABŞ isə Suriya müxalifətini taleyin ümidinə buraxıb. Bu gün “Qırmızı imperiya”nın - SSRİ-nin dağılmasının rəsmiləşməsindən 25-ci ildönümüdür.

ABŞ Dövlət katibi Con Kerri ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında etdiyi çıxışında Azərbaycan və Ermənistan arasında münaqişənin həllinin uzanmasının Avropanın təhlükəsizliyinə təhdid olduğunu bildirib.

Onun sözlərinə görə, Avropanın üzləşdiyi təhlükə təkcə Ukrayna deyil: “Bura Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstandakı münaqişələr də daxildir”.

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Dağlıq Qarabağ və digər çətin problemlərin həllində əvvəldən əldə olunmuş razılıqlara sadiq qalmaq əsasdır. S. Lavrov bildirib ki, münaqişələr bütün tərəflərin maraqlarının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini bildirib ki, Aİ Avropa məkanında münaqişələrin mövcud formatlar çərçivəsində həllinə dəstək verməyə davam edəcək: "Biz hələ də Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edirik”.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer söyləyib ki, bu ilin aprel ayında vəziyyətin gərginləşməsi münaqişənin ciddi təhlükə olduğunu göstərdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. “Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasiyanın əsas səbəblərindən birdir. Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyəti təhlükəlidir və istənilən vaxt gərginləşə bilər. Status-kvo dayanıqlı ola bilməz və dəyişməlidir. Baş verənlər göstərdi ki, atəşkəsi möhkəmləndirmək və münaqişənin həll yolunu tapmaq üçün düzgün müzakirələr apardığımıza əmin olmalıyıq”, - deyə o bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bildirib ki, Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi 3+2 (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.

Sarkisyan Qarabağa gəldi

İrəvanın Hamburqda danışıqlardan imtina etdiyi bir vaxtda, Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birinə baş çəkdikdən sonra Dağlıq Qarabağa gəlməsi diqqət çəkir. İşğalçı ölkənin başçısının danışıqlardan imtina edərək öncə hərbi hissəyə gəlməsi, ardınca Qarabağa yollanması “müharibəyə hazırlaşırıq” mesajı kimi oxunula bilər.

Belçikada isə ermənilərdən ibarət cinayətkar qruplaşma çökdürülüb. Belçikada Beynəlxalq Tennis Federasiyasının (ITF) “Challenger” yarışının matçlarında təxminən 50 insan dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Yerli “Derniere heure” qəzetinin məlumatına görə, saxlanılanlar nəticələri qabaqcadan məlum olan matçlar üçün bukmeker ofislərində pul qoymaqda ittiham olunur. Artıq Brüssel, Antverpen, Gent və Brügge şəhərlərinin prokurorluqları tərəfindən 18 cinayət işi qaldırılıb. İstintaq orqanları hesab edir ki, dələduzluğun arxasında Ermənistandan gəlmələr dayanırlar.

“Qırmızı imperiya”nın əcəl zəngini onlar çaldı: SSRİ-nin “ölümü"nün 25-ci ilində 15 LİDER - FOTOLAR

Bu gün SSRİ-nin dağılmasının 25 ili tamam olur. 1991-ci dekabrın 8-də üç respublikanın –Belarus, Ukrayna və Rusiya lideri - Belarus Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezidenti Leonid Kravçukun iştirakı ilə Belovejsk sazişi imzalandı.

Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı. Dekabrın 25-də isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov televiziya ilə istefası haqqında fərmanını oxudu – SSRİ tarixə döndü. Dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin fəaliyyətinə xitam verilməsi haqqında qətnamə qəbul etdi.

Belarus, Ukrayna və Rusiya liderləri SSRİ-nin “dəfn”inə birbaşa olaraq imza atsalar da, həmin vaxt “Qırmızı imperiya”ya daxil olan 15 respublikaya rəhbərlik edən liderlərin hamısını xatırlatmaq istədik.

SSRİ-nin dağılmasının rəsmiləşdiyi gün – 1991-ci il 8 dekabrda 15 respublikaya rəhbərlik edən şəxsləri təqdim edirik.

Azərbaycana müharibə MESAJI, Putinə Qarabağ üçün... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Qırmızı imperiya”nın əcəl zəngini onlar çaldı: SSRİ-nin “ölümü"nün 25-ci ilində 15 LİDER - FOTOLAR

Bu gün SSRİ-nin dağılmasının 25 ili tamam olur.