Müğənni Elxan Şirinovla Cabbad Musayev arasında mahnı qalmaqalı yaşanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, E.Şirinovun xalq artisti Niyaməddin Musayevin repertuarında olan bir mahnını oxuması C.Musayevin xoşuna gəlməyib.
C.Musayev etirazını belə bildirib:
"Elxan Şirinovla münasibətimiz sıfır dərəcəsindədir. Çox "mən-mən" deyir. O mahnını oxuyanda bilirdi ki, musiqisini mən yazmışam. Təsəvvür edin yeni mahnı yazım, qarşılıqsız başqasına verim, çörəyini o yesin, mən qalım. Bir neçə dəfə zəng etdim, xoşuma gəlməyən cavab aldım. Barışıq əli uzatdım, pis qəbul etdi".
E.Şirinov C.Musayevə "Onun üçün fəxrdir ki, mahnısını mən oxumuşam" cavabını verib.
Milli.Az