FİFA-nın eks prezidenti Yozef Blatter qurumun hazırki rəhbəri Canni İnfantino barədə danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçrəli funksioner bunları deyib:
"Yeni prezident köhnəsinə hörmət etmir. Belə şeyi birinci dəfədir görürəm. İnfantino prezident seçiləndən sonra onunla söhbət edib qırmızı şərab içmişdik. Bizim evdə qonaq idi. Ona dedim ki, həll olunmayan bəzi məsələlər var. Onları icra etmək lazımdır. İnfantino qeyd etdi ki, bunun üzərində iş gedəcək. Buna bir daha qayıtmadı. Ona ismarıc, məktub göndərdim, şəxsi nömrəsinə zəng vurdum. Amma hələ cavab almamışam. İndi vəkillərimiz vasitəsilə ünsiyyət saxlayırıq".
Milli.Az