Britaniya polisi Londonun “Stansted” aeroportunda terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Skotland-Yard”ın məlumatında bildirilir.

Məlumata görə, 41 yaşlı kişi dekabrın 9-da “Stansted” aeroportuna daxil olduqda saxlanılıb. Onun Suriyaya səfər etdiyi bildirilir.

Bundan əvvəl, 2016-cı ilin sentyabrında Londonun “Xitrou” aeroportunda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb.