Bakı. 13 dekabr. REPORT.AZ/ UEFA Azərbaycan klublarına müxtəlif təyinatlar üzrə növbəti maliyyə vəsaiti ayırıb.
"Report"un məlumatına görə, vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıdakı cədvəllərdə adı göstərilmiş klubların hesabına köçürülüb (məbləğlər avro ilə göstərilib).
Kəpəz” Klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
“Xəzər Lənkəran” klubunun AFFA, PFL, FIFA və UEFA qarşısında yerinə yetirilməmiş maliyyə öhdəlikləri olduğu üçün UEFA-nın ayırdığı vəsaitdən AFFA-ya və PFL-ə olan borclar əvəzləşdiriləcək, yerdə qalan məbləğin təyinatı üçün AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq müraciət ünvanlanacaq. Hər iki beynəlxalq futbol qurumunun tövsiyələri əsasında qeyd olunan maliyyə vəsaiti ilə bağlı qərar qəbul olunacaq.
AVRO-2016-NIN SEÇMƏ MƏRHƏLƏSİNDƏ MİLLİ KOMANDADA FUTBOLÇUSUNUN İŞTİRAKINA GÖRƏ AZAL 4,606.48 Xəzər Lənkəran 120,583.68 İnter 112,713.07 Kəpəz 16,632.23 Neftçi 128,899.79 Qarabağ 307,796.22 Qəbələ 152,806.87 Sumqayıt 24,948.34 Zirə 8,316.12
Avro-2016-nın final mərhələsində milli komandada futbolçusunun iştirakına görə Qarabağ 57,849.45
MALİYYƏ FAİR PLAY-İ ÜZRƏ VƏSAİT UEFA Avropa Liqası turinirin qrup mərhələsində çıxış edən klublar Qarabağ 104,080.00 Qəbələ 104,080.00
UEFA Avropa Liqası turnirinin təsnifat mərhələsində çıxış edən klublar Neftçi 11,750.00 İnter 11,750.00
UŞAQ FUTBOLU İLƏ BAĞLI AYRILMIŞ VƏSAİT Zirə 51,104.00 İnter 51,104.00 Sumqayıt 51,104.00 AZAL 51,104.00 Neftçi 51,104.00 Kəpəz 51,104.00 Rəvan 51,104.00 Xəzər Lənkəran 51,104.00