“Həddən artıq uyğunluq” filminin əsas qəhrəmanları – Tural Əsədov və Aydan Axundzadə Publika.az-ın qonağı olub. Hər iki məşhur səbirsizliklə gözlənilən filmlə bağlı suallarımızı cavablandırıb.

- Gəlin birinci filmin adından danışaq. Bu adı kim fikirləşmişdi?

Aydan Axundzadə: Filmin adı orijinaldan olduğu kimi tərcümə olunub.

Tural Əsədov: Bu, mənim ən yaralı yerimdir, onu heç cürə dəyişdirə bilmədim. Filmin rejissoru Ülviyyə xanımla mən adı dəyişdirib “Hədsiz uyğunluq” etmək istəyirdik, amma gecikdik. Yəni, film artıq qeydiyyatdan keçmişdi və sənədi hazır idi.

- Filmdə qəhrəmanların bir-biri ilə sosial cəhətdən, yoxsa daha çox daxili aləminin uyğunluğundan gedir?

Tural Əsədov: Əsas rol ifaçıları bir-biri ilə bəzən absurd dərəcəsinə çatacaq qədər uyğun gəlir. Gözlənilməyən məqamlarda Mayk və Aydanın həyatında, həyat tərzində maraqlı uyğunluqları ortaya çıxır. Hadisələrin gedişatı da bunun üzərində qurulub.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR- Sizcə, iki insanın bir-birinə həddindən artıq uyğun olması münasibətlərinə mənfi təsir etmir ki?

Aydan Axundzadə: Hərdən bezdirir. Qarşındakı insanın müəyyən qədər fərqliliyini də sevirsən və bu, səni o insana daha da yaxınlaşdırır.

Tural Əsədov: İstənilən halda müəyyən vaxtdan sonra bezirsən və “Nə qədər olar e?” deyirsən.

- Film romantik komediya janrındadır və yəqin ki, əsas tamaşaçı auditoriyasını gənclər, yəni sevgililər təşkil edəcək.

Tural Əsədov: “Həddən artıq uyğunluq” filmi sırf gənc təbəqə üçün nəzərdə tutulmayıb. Orda hər kəs özü üçün maraqlı nə isə tapa biləcək.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR- Cütlüklər filmdən sevgini qorumağın, yoxsa unutmağın “reseptini” öyrənəcək?

Tural Əsədov: Yəqin ki, yaxşı nümunə ola biləcəyik. Hətta çoxları Maykla Aydanın sevgisinə baxıb həsəd aparacaq.

Aydan Axundzadə: Unutmaq olmaz ki, bu, sadəcə kinodur və ona baxanlar oradan özü üçün gələcəkdə istifadə edə biləcəyi hansısa fəndi götürməli deyil. Məsələn, tez təsirlənən insanlar filmə baxdıqdan sonra öz tərəf müqabili ilə zövqlərinin uyğun olmamasını düşünə və münasibətlərinin gələcəkdə uğurlu alınmasına şübhə edə bilər. Hesab edirəm ki, bu yanaşma düz deyil.

- Filmin hekayəsinin real həyata uyğunluğu nə qədərdir?

Tural Əsədov: İstənilən film həyata nə qədər uyğundursa, bu filmin uyğunluğu barədə də eyni sözü demək olar. Əslində, bunu tamaşaçı filmə baxdıqdan sonra özü üçün müəyyən edəcək.

- Bu amil filmin uğurlu alınmasına nə dərəcədə təsir edir?

Tural Əsədov: Filmin real həyata uyğun olması təbiilikdən irəli gəlir. Yəni, aktyorların danışıqları, jestləri təbiidirsə, tamaşaçını inandıra bilirsə, deməli, o film reallığa maksimum yaxındır. Aktyorlar rolu süni ifadə etdikdə isə ssenari həyata uyğun olsa da, tamaşaçı ona baxanda hadisələrə inanmayacaq. Düşünürəm ki, həm Aydan, Həm Kamran, həm Afaq xanım, həm Mirsalam, həm də mən istər rolumuzun, istər danışıqların, istərsə düşdüyümüz vəziyyətin inandırıcı alınması üçün əlimizdən gələni etmişik.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR

Aydan Axundzadə: Filmin təsirli alınması üçün rolları özününkiləşdirməyə çalışmaq lazımdır. Məncə, bunun öhdəsindən gələ bilmişik. Geyindiyimiz obrazlar bizə rahat idi.

- Filmin rejissoru Ülviyyə Könülə istədiyini verə bildiniz?

Tural Əsədov: O bizdən istədiyini ala bildi desək, daha doğru olar.

- Aydan xanım səhv etmirsənsə, siz ilk dəfədir ki, filmə çəkilirsiniz?

Aydan Axundzadə: Bəli. Tural mənə çox kömək oldu. Belə deyək o, öz təcrübəsini mənimlə bölüşürdü. Ümumiyyətlə, bu rolu oynaya biləcəyimə içi mən qarışıq çoxları şübhə ilə yanaşırdı. Çünki əsas obraz həyatda kifayət qədər həyat təcrübəsi və dünyagörüşü olan xanımdır. Bu baxımdan bir qədər tərəddüd edirdim. Amma Ülviyyə xanımın sayəsində şübhələrə qalib gələ bildim.

- Sizcə, aktyorun böyük həyat təcrübəsinin olması, yaxud da həyatında hansısa faicələrin və çətin günlərin baş verməsi onun işinə təsir edir? Yəni, əziyyətli həyat yolu keçən aktyor rolunu daha güclü və inandırıcı oynayır?

Tural Əsədov: Kimliyindən asılı olmayaraq hər bir insan həyatda kiçik və ya böyük faciə ilə üzləşir. Bu, normal və qaçılmazdır. Amma təbii olmaq üçün ilk növbədə müşahidə lazımdır. Bizim əsas işimiz insanları müşahidə etmək və onlardan nələrisə oğurlamaqdır. Kinoya çəkiliriksə, deməli, kiminsə hansısa vərdişini, kiminsə hansısa xasiyyətini oğurlayır və bunları cəmləşdirib nəticədə başqa bir obrazın timsalında göstəririk.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR

- Hadisələrin bir hissəsi Nyu-Yorkda, qalanı isə Bakıda baş verir. Bu iki şəhərin uyğunluğu haqqında nə demək olar?

Tural Əsədov: 9366 km məsafə arasında nə qədər fərq və oxşarlıq olduğunu tamaşaçılar filmdən biləcəklər.

Aydan Axundzadə: Mən cəmi 2 gün qala bildim. Təyyarədən düşən kimi çəkiliş meydançasına getdim. Uyğunluq isə ondan ibarət idi ki, Bakıda və Nyu-Yorkda yaşayan iki müxtəlif insan eyni taleyi yaşaya bilər.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR

- Tural bəy, filmdə sevə və ailə qura biləcəyiniz xanım axtarışına çıxan qəhrəmanı canlandırmısınız. Sizcə, aşiq olduğunuz insanın bizə uyğun olub-olmamasını nədən müəyyən etmək olar?

Tural Əsədov: Bunun hər hansı formulu və qaydası yoxdur. Bu, çox individualdır və aşiq olduğun insanın sənin adamın olduğunu hər kəs özü energetik səviyyədə hiss edir. Əgər sevdiyin şəxsin sənə qarşı münasibəti və rəftarı istədiyin kimidirsə, deməli, doğru adamı tapmısan. Lakin səhvləri çoxdursa, münasibəti bitirmək lazımdır.

Aydan Axundzadə: Müəyyən dərəcədə Turalla razıyam. Lakin energetik hiss də hər dəfə düz çıxmır, bir çox hallarda başın daşdan-daşa dəyir. Sən münasibəti qorumaq üçün nə qədər çalışsan da, vəziyyət elə gətirir ki, həmin şəxslə ömrünün sonuna qədər yaşamaq istədiyini, yoxsa ayrılmaq lazım olduğunu zamanla özün üçün aydınlaşdırırsan. Dolayısı ilə bu, hadisələrin gedişatından asılıdır.

- Bəs burda taleyin rolu var? Axı bizim də idarə edə bilmədiyimiz məqamlar var...

Aydan Axundzadə: Mən fatalist deyiləm. Bircə ona inanıram ki, tale bizə seçim etmək şansı verir. Seçimlərinin məsuliyyəti sənin üzərindədir. Energetikadan fərqli olaraq, tale elə vəziyyət yaradır ki, sən bir-biriniz üçün yaradılmadığınızı və ya əksinə olduğunu anlayırsan. Ümumiyyətlə, sevgi elə bir hissdir ki, insanın ağlını başından alır. Bir az başın dumanlanır, həqiqətlə xəyallar arasındakı sərhədi itirirsən. Məncə, qarşındakı insanı öyrənmək üçün onunla 2 həftə ünsiyyətdə olmaq kifayət edir. İnsan hər gün dəyişir, amma oyunu 2 həftədən çox davam etdirmək olmur.

- Filmdə Afaq Bəşirqızının verdiyi tövsiyələr diqqətimi çəkdi. O, sevgini oyun adladırır. Əgər sevgi oyundursa, onda qalib və məğlub tərəflər də var. Siz bu oyundan qalib, yoxsa məğlub olaraq çıxacaqsınız?

Aydan Axundzadə: Məğlubiyyət adlandırmazdım, sevgidə ya xoşbəxtlik, ya da acı təcrübə olur. İnsan kiminləsə münasibəti alınmadığı üçün özünü məğlub hiss etməməlidir. Ən azından gözəl hisslər yaşayırsan...

Tural Əsədov: Heç bir halda heyfsilənmək olmaz. Bunu daha biabırçılıq və məğlubiyyət kimi yozmaq lazım deyil. Atdığımız hər bir addım bizim üçün təcrübədir.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR

- Afaq xanım sevgini həm də həyatın ən böyük yalanı adlandırıb. Sevgi həyatın ən böyük yalanıdırsa, onda ən ülvi həqiqəti nədir?

Tural Əsədov: Bunu Afaq xanımın özündən, ya da filmin ssenaristi Ramiz Fətəliyevdən soruşmaq lazımdır.

Aydan Axundzadə: Afaq xanımın bu fikri böyük fəlsəfi məna daşıyır. Həm də biz ssenariyə görə oynayırıq. Əgər obraz sevginin yalan olduğunu iddia edirsə, bu, artıq onun düşüncələridir və biz ona müdaxilə edə bilmərik. Mənim şəxsi fikrimə gəldikdə isə sevgi yalan ola bilməz, dünyanı yaşadan, bəlkə onun fırmlanmasına səbəb olan da elə bu hisslərdir.

- Filmin gəlir gətirəcəyinə inanırsınız?

Tural Əsədov: İnşallah.

- Aldığınız qonorar sizi qane etdi?

Tural Əsədov: Qane etməsə, danışıqlar aparılır və ortaq məxrəcə gəlirik.

- Bu sualım Aydan xanımadır. Baş rolu ifa edən aktrisalar niyə həmişə gözəl olur və gözləri çox gözəl, mənalı baxan xanımlar seçilir? Ümumiyyətlə, baş rola çəkilmək üçün mütləq gözəl olmalısan?

Aydan Axundzadə: Yox, gözəllik istedaddan üstün ola bilməz. Bakıda gözəl xanımlar çoxdur. Onda belə çıxır ki, onlar hamısı aktrisa olmalıdır? O cümlədən aktrisanın İncəsənət Universitetini bitirməsi də mütləq deyil. Əgər istedadı varsa, hər hansı qızı baş rola çəkmək olar. Gözəllikdən çox obraza girə bilməsi daha vacibdir.

- Filmdəki Aydanla həyatdakı Aydan arasında oxşarlıq var?

Aydan Axundzadə: Yox, özümü dartan insan deyiləm.

Tural Əsədov: Mənim heç vaxt o qədər pulum və mühafizəçim olmayıb. (Gülürük)

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR

- Peşəkar aktyorlar rejissorların filmlərə qeyri-peşəkarları çəkməsindən narazıçılıq edir və bəzi hallarda gənclərin rollarını bəyənmirlər. Yaxşı oynaya bilməyən aktyorun filmə çəkilməsində günahkar kimdir?

Aydan Axundzadə: Öz adımdan deyə bilərəm ki, aktyor ona verilən pul qədər oynayır. Bu sənət mənim çörək ağacımdır. Əgər kimsə məni çağırıb “Büdcəmiz azdır, bu qədər pula çəkilməyə razı olarsan?” desə, onda mən dünyanın ən istedadlı aktrisası olsam belə aldığım pulun müqabilində oynayacam. Bütün potensialımı ortaya qoya bilməyəcəm. Məndə olan istedadı nə qədər dəyərləndirirlərsə, təbii olaraq işin keyfiyyət də aşağı olacaq.

Tural Əsədov: Qonorarın aşağı olması iş prosesinə də mənfi təsir edir. Aktyor özündən asılı olmayaraq xərclərini və kreditlərini düşünür.

- Belə çıxır ki, siz tamaşaçını da adladırsınız.

Tural Əsədov: Tamaşaçını aldatmaq mümkün deyil. Əslində, onlar kimi həssas məxluq yoxdur. Çünki yalan eşidən kimi kanalı çevirirlər. Televiziya işçisinin ən böyük düşməni elə pultdur.

- Sizə oynayan insanları ifşa edə bilirsiniz?

Aydan Axundzadə: Şüuru və analiz qabiliyyəti inkişaf edən insan qarşındakının hərəkətlərindən onun oynadığını hiss edir. Amma mənə maraqsız olduğu, ya da baş qoşub məsələni uzatmaq istəmədiyim üçün bunu qarşı tərəfə bildirməmişəm.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR

- Filmdə açıq səhnələr var?

Tural Əsədov: O qədər... Sadəcə hamısını kəsib çıxartmalı olduq. (Gülür)

Aydan Axundzadə: Bütün səhnələr heyf oldu. (Gülür) Zarafat edirik, belə səhnələr çəkilməyib.

- Sizcə, Azərbaycan tamaşaçısı yerli filmlərdə açıq səhnələri normal qarşılaya bilməsi üçün nə qədər vaxt keçməlidir?

Tural Əsədov: Vaxt keçməli deyil, insanlar özlərini inkişaf etdirməli və kitab oxumalıdır.

Aydan Axundzadə: Azərbaycan tamaşaçısı açıq səhnələri olan filmlərə hazır deyil və heç vaxt da hazır olmayacaq. Ən qəribəsi odur ki, biz əcnəbi filmlərə baxanda orada olan açıq səhnələri, məhəbbətin erotika ilə interpretasiyasını normal qəbul edirik. Amma özümüzdə çəkiləndə tənqid atəşinə tuturuq.

- Filmin populyarlıq qazanması üçün belə səhnələr vacibdir?

Tural Əsədov: Filmlərin müxtəlif istiqamətləri var. Filmin janrından, məqsədindən asılı olaraq, açıq səhnələr tələb olunursa və mütləqdirsə, bu, normaldı. Elə filmlər də var ki, orada heç bir açıq səhnə yoxdur. Amma filmin dramaturgiyası, quruluşu və ssenarisi sayəsində böyük uğur əldə edə bilər.

“Həddən artıq uyğunluq” filminin qəhrəmanları: “Azərbaycan tamaşaçısı o səhnələrə hazır deyil” - FOTOLAR

- Filmdə sevgidən başqa hansısa sosial mesajlar ötürüləcək?

Tural Əsədov: Müəyyən problemlərə ətrfalı toxunmasaq da, diqqətli tamaşaçı verilən mesajları anlayacaq.

- Suallarım bu qədər. Sonda söz yenə sizindir, oxuculara nə demək istəyərdiniz?

Tural Əsədov: Dekabrın 15-dən etibarən hər kəsi bilet alıb filmə baxmağa dəvət edirik.

Aydan Axundzadə: Tənqidlərə və təriflərə də hazırıq.

Tural Əsədov: Konstruktiv irad və tənqidlərə.

Aydan Axundzadə: Konstruktiv olmayan tənqidlər də olacaq, ona görə də indidən hazır olmalıyıq.

Aytən

Fotolar: Elçin Murad