"Report"un Banka istinadən verdiyi xəbərə görə, hədiyyə olunan məbləği növbəti alış-veriş zamanı istifadə etmək mümkündür. Aksiyadan cümə, şənbə və bazar günləri alış-veriş edən müştərilər bəhrələnə bilər. Kampaniya yanvarın 15-dək davam edəcək.
Qeyd edək ki, "Kapital Bank" ASC "MasterCard International" və "Visa International" beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını Bankın filiallarında və ya korporativ veb-saytından onlayn sifariş etmək mümkündür. Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Bankın ölkə üzrə 600-dək bankomatı, 9 000-dək POS-terminalı var.