Bakıda keçmiş məhbus polisləri ayağa qaldırdı

Bakıda keçmiş məhbus polisləri ayağa qaldırdı
12:56 6 Yanvar 2015
166 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən silah və narkotik götürülüb.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rəşad Hüseynovdan 0,362 qram heroin aşkarlanıb.

Saxlanılan şəxsin evindən isə 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapança və ona aid 8 ədəd patron tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR