Dünyada baş verən terror hadisələri fonunda təhlükəsizlik məsələsi gündəmə gəlir. Məhz bu üzdən də az qala hər yerdə - tədbirlərdə, ictimai yerlərdə, ən nəhayət nəqliyyatda, təhlükəsizlik məsələsinə əsas önəm verilir. Biz nəqliyyatda təhküsizlik üzərində diqqətimizi cəmləyək. Elə götürək ölkə daxili və xaricinə işləyən nəqliyyatı. Hər gün onlarla insan bu nəqliyyat növündən yararlanır. Onların gətirdiyi əl yükü də ölkədaxili və xaricində müxtəlif yerlərə daşınır. Bəs bu yük çantalarında nə daşındığına necə nəzarət olunur? Sirr deyil ki, avtovağzallar insanların kütləvi toplaşdığı məkanlardan biridir. Xüsusi ilə bayram günləri və tətillərdə şəhər və rayonlara gedən insanların sayı daha çox olur. Bakı Beynəlxalq Avtovağzalından da hər gün onlarla avtobus müxtəlif yerlərə yola salınır. Bu cür ərazilər hər zaman qarışıqlıq baş verə biləcək yerlər kimi daim nəzarətdə saxlanılmalıdır.

Milli.Az interaz-a istinadən xəbər verir ki, təhlükəsizlik üzrə mütəxəssis Elmar Nurəliyevin sözlərinə görə, təhlükəsizlik və sərnişindaşıma qanunla tənzimlənir, eyni zamanda təhlükəsizlik xidməti də buna nəzarət edir.

Digər məsələ isə sərnişinlərin özləri ilə gətirdiyi əl yükləridir.

Mütəxəssis və Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev çantaların yoxlanılması, avtovağzal ərazisinə gələn sərnişinlərə necə nəzarət olunması məsələsinə aydınlıq gətirir:

"Bayram günlərində, tətillərdə sərnişinlərin çoxluğunu nəzərə alaraq avtovağzal və nəqliyyat daşıyıcıları gücləndirilmiş iş rejiminə keçir. Bu zaman təhlükəsizliyin qorunması üçün də nəzarət gücləndirilir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı Beynəlxalq Avtovağzalında təhlükəsizlik necə qorunur? - VİDEOBakı Beynəlxalq Avtovağzalında təhlükəsizlik necə qorunur?