"Estudiantes" klubunun prezidenti Xuan Sebastyan Veron karyerasını yenidən bərpa edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı gələn ay yenidən komandasının formasını geyinəcək.

Veron bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, yeni istifadəyə verilən stadionun gələn mövsüm üçün satışa çıxarılan biletlərinin 70 faizi satılarsa, karyerasını bərpa edəcək. Azarkeşlər onun istəyini artıq yerinə yetiriblər. Veron dönüşünü yanvarın 8-də "Bayer"lə keçiriləcək yoxlama matçında qeyd edəcək.

Əfsanəvi oyunçunun adı Libertadores kubokunda və daxili çempionatda "Estudiantes"in iştirak ərizəsinə salınacaq.

Milli.Az