"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə XİN nümayəndəsi bildirib.
"Bu gün Türkiyə XİN rəhbəri və Rusiya xarici işlər naziri Sergey Lazvrov arasında telefon danışığı olub. Nazirlər Hələbdəki vəziyyəti, şəhər sakinlərinin təxliyəsini, eləcə də Suriya ilə bağlı Moskvada keçiriləcək görüşə hazırlığı müzakirə ediblər", - XİN nümayəndəsi qeyd edib.
O əlavə edib ki, Sergey Lavrov Mövlud Çavuşoğluya Kayseridəki terror aktı ilə əlaqədar başsağlığı bildirib.