Yaponyanın Yokohama şəhərindəki Klublar arası Dünya Çempionatının finalında Real Madrid yapon rəqibi "Kashima Antlers"i əlavə vaxtda 4-2 məğlub edərək kuboka sahib olarkən, əsas vaxtın son dəqiqələrində ilginc bir olay yaşanıb.

Milli.Az Fanatik-ə istinadən xəbər verir ki, Klublar arası Dünya Çempionatının finalnda Serxio Ramos matçın ən çox danışılan oyunçularından biri olub.

Maçın 90-cı dəqiqəsində gündoğan ölkənin təmsilçisinin əks hücumu zamanı Ramos rəqibinin qarşısını kobudluqla alıb, zambiyalı hakim Cenny Sikazze qayda pozuntusu qeydə alaraq əlini cibinə atıb.

Ancaq Sikazze əlini uzun müddət cibində saxlamasına və hətta Ramosu yanına çağırmasına rəğmən sarı kartı çıxartmayıb. Əgər Ramos kart görsəydi, ikinci sarıdan sonra qırmızı kartla kənarda qalacaqdı. Və azlıqda qalacaq "Real Madrid" qalib gəlmək şansı azalacaqdı.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın gözü önündə BÖYÜK QALMAQAL - VİDEODünyanın gözü önündə BÖYÜK QALMAQAL