Türkiyənin məşhur aparıcısı Acun İlıcalı yenə də tamaşaçıları sevindirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, "O səs Türkiyə" verilişində bildirib ki, "Yetenek Sizsiniz Türkiye" yarışmasında münsiflər heyətinin əfsanəsi geri dönür.
Onun sözlərinə görə, yeni mövsümdə Hülya Avşarın yenidən münsiflər kürsüsündə oturacaq. İlıcalı eyni zamanda H.Avşar üçün çox darıxdığını da deyib.