Azərbaycan və Maldiv adaları Pakistandan "Super Muşak" (Super Mushak) təlim-məşq təyyarələri almağa hazırdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn bildirib.
Onun sözlərinə görə, islam respublikasının hökuməti həmçinin digər ölkələrlə də 100 ədəd "Super Muşak" təyyarəsinin ixracı üzrə danışıqlar aparır.
Nazir həmçinin Pakistanın Rusiyadan 4 müasirləşdirilmiş "Mi-35" helikopteri alacağını vurğulayıb. Helikopterlər 2017-ci ildə tədarük olunmalıdır. Sövdələşmənin dəyəri 153 milyon dollar təşkil edir.

Milli.Az