Yeni İl şənliklərinin başlamasına lap az qalıb. Deməli, parlamağın və seçilməyin əsl vaxtıdır.
Publika.az xəbər verir ki, dizaynerlər bayram üçün hazırladığı kolleksiyalarda bir qayda olaraq Yeni İl atributlarından istifadə edir. Və bu il də istisna olmayıb. Bu amil xüsusi ilə aksessuarlarda özünü daha çox göstərir. Məsələn, yolka ağacının oyuncaqlarını xatırladan sırğalar, boyunbağılar və qolbaqlar çox dəbdədir.
Odur ki, bayram alış-verişi zamanı imkan daxilində yolka şarlarına bənzəyən sırğaları diqqətdən kənar qoymayın. Belə bəzək əşyaları stilinizə bayram əhval-ruhiyyəsi qatır, həm də toplanmış saç düzümünün fonunda effektli görünür.
Biz modapərəst qızlar üçün bir neçə nümunə seçmişik.
Aytən














