Türkiyə millisinin və Çinin "Beyzin Qoan" klubunun
hücumçusu Burak Yılmazın ölkəsində avtobus sürücüsünə hücum etməsi
barədə məlumat vermişdik.
Millinin futbolçusundan TƏRBİYƏSİZLİK - Avtobus sürücüsünü söydü
Avtomobilini avtobus dayanacağında saxlayıb.
31 yaşlı forvard avtomobilini avtobus dayanacağında
saxladığından dayanacaqdan adam götürə bilməyən avtobus
sürücülərindən biri ona irad bildirmiş, sürücünün bu hərəkətindən
xoşu gəlməyən Burak isə onun üstünə şığımışdı. Türkiyə mətbuatında
hadisə anının videogörüntüləri yayılıb.